Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
Altı qolluq “Fatih Karagümrük” - “Qaziantep” matçında qalib müəyyənləşməyib. “İstanbulspor” doğma meydanda “Hatayspor”u, “Kayserispor” isə “Konyaspor”u qəbul edib. Hər iki matçda meydan sahibləri məğlub olub.
“Beşiktaş” - “Antalyaspor” matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.
14 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşəhər” 24 xal toplayıb. “Kayserispor”la “Trabzonspor”un 23, “Beşiktaş”ın 22 xalı var.
Türkiyə Super Liqası
14-cü tur
11 noyabr
Alanyaspor – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70.
12 noyabr
Sivasspor – Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 – Avunu, 27. Mrşiç, 83-pen.
Fənərbaxça – Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen – Sayns, 71; 83.
Başakşəhər – Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.
13 noyabr
Fatih Karagümrük – Qaziantep 3:3
Qol: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.
İstanbulspor – Hatayspor 0:1
Qol: El Kaabi, 24.
Kayserispor – Konyaspor 1:2
Qol: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.
Beşiktaş – Antalyaspor matçı təxirə salınıb