5 avqust 2026. Çərşənbə

Hasan Şaş 8 oyunluq cəzalandırıldı


Hasan Şaş 8 oyunluq cəzalandırıldı

Galatasaray'ın məşqçisi Hasan Şaş Türkiyə Futbol Federasiyası tərəfindən sərt cəzalanıb.

Corner.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Fatih Terimin əsas köməkçilərindən olan Hasan Şaş 8 oyunluq cəzalandırılıb.

Buna səbəb məşqçinin “Başakşəhər”i 2:1 hesabıyla məğlub etdikləri oyunda idmançıya yaraşmayan hərəkətlərə yol verməsi, stadionun təhlükəsizlik xidmətinin əməkdaşına qarşı zor tətbiq etməsi, təhqiredici ifadələr işlətməsi olub. Hasan Şaş həmçinin, 31200 lirə cərimə olunub.







Türkiyə S.L.