20 sentyabr 2026. Bazar günü

Qalatasaray liderliyə yüksəldi


Qalatasaray liderliyə yüksəldi

Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün 4 qarşılaşma baş tutub.

“Konyaspor” - “Alanyaspor” və  “Qaziantep” - Beşiktaş” matçlarında qalib müəyyənləşməyib. “Adana Dəmirspor” doğma meydanda “Fatih Karagümrük”ü, “Qalatasaray” isə “İstanbulspor”u məğlub yola salıb.

15 turdan sonra vahid liderliyi ələ keçirən “Qalatasaray”ın 30 xalı varsa, ikinci pillədəki “Fənərbaxça” 29 xal toplayıb. “Adana Dəmirspor”la “Başakşəhər”in 27, “Trabzonspor”un 26, “Konyaspor”un 25, “Beşiktaş”ın 23 xalı var.

Türkiyə Super Liqası
15-ci tur
23 dekabr

Antalyaspor – Ankaragücü 0:2
Qol: Xese, 64. Sou, 90+11.

Ümraniyəspor – Başakşəhər 1:3
Qol: U.Nayir, 17 – Aleksiç, 2. S.Gürler, 57. Ndayişimiye, 90+3.

24 dekabr

Hatayspor – Girəsunspor 1:1
Qol: B.Yıldırım, 75 – R.Bayiç, 87.

Kasımpaşa – Sivasspor 1:2
Qol: Ben Uanes, 39 – Saba, 14. Qradel, 65.

Trabzonspor – Fənərbaxça 2:0
Qol: M.Qomes, 61. Trezeqe, 90+11.

25 dekabr

Adana Dəmirspor – Fatih Karagümrük 2:1
Qol: E.Akbaba, 11; 43 – Borini, 19.

Qaziantep – Beşiktaş 1:1
Qol: Fiqeyredo, 71 – Veqhorst, 86.

Konyaspor – Alanyaspor 2:2
Qol: Hadziahmetoviç, 22-pen; 90+11-pen – F.Bayır, 65. Koka, 78-pen.

Qalatasaray – İstanbulspor 2:1
Qol: B.Qomis, 15; 37 – M.Yeşil, 82







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə