11 may 2026. Bazar ertəsi

Sivasspor – Qalatasaray matçında hakim səhvi olduğunu təsdiqləndi


Sivasspor – Qalatasaray matçında hakim səhvi olduğunu təsdiqləndi

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XVI turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib.

Corner.az-ın qurumun saytına istinadən məlumatına görə, İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğu etiraf edilib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb.

TFF, həmçinin, 1:1 hesabı ilə başa çatan XV turun “Qaziantep” – “Beşiktaş” qarşılaşmasının 25-ci dəqiqəsində rəqibi başla vuran ikincilərin futbolçusu Corc-Kevin Nkuduya qırmızı deyil, sarı vərəqə göstərilməsinin yanlış qərar olduğunu bəyan edib.

Hər iki görüşün referiləri Hakimlər Komitəsi tərəfindən cəzalandırılacaq.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi