7 aprel 2026. Çərşənbə axşamı

Fənərbaxça səfərdə xal itirdi


Fənərbaxça səfərdə xal itirdi

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub. Corner.Az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Səfərdə “Kayserispor”la qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. “Konyaspor” da evdə “İstanbulspor”a uduzub. Səfərdə "Adana Dəmirspor”un qonağı olan “Fənərbaxça” isə görüşdən xal itkisi ilə ayrılıb.

Hazırda 51 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 45 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş”ın 39, “Adana Dəmirspor”la “Trabzonspor”un 38 xalı var.

Türkiyə Super Liqası
22-ci tur
31 yanvar

Alanyaspor – Sivasspor 0:3
Qol: Yatabare, 32; 45+2. Qradel, 50.

Fatih Karagümrük – Beşiktaş 1:1
Qol: Ozdoyev, 49 – C.Tosun, 33.

1 fevral

Qaziantep – Hatayspor 4:1
Qol: Yevtoviç, 38. Markoviç, 56; 77. Merkel, 88 – El Kaabi, 27.

Kasımpaşa – Girəsunspor 5:1
Qol: Fall, 14. Eysserik, 29-pen. A.Kara, 45+5-pen; 66. Ben Uanes, 50 – Saviçeviç, 10.

Qalatasaray – Ümraniyəspor 3:2
Qol: A.Bardakçı, 32. İkardi, 60-pen; 83 – U.Nayir, 11. O.Gurbulak, 39.

Trabzonspor – Antalyaspor 2:0
Qol: Trezeqe, 34. N.Ünüvar, 90+4.

2 fevral

Kayserispor – Başakşəhər 1:0
Qol: A.Karimi, 49.

Konyaspor – İstanbulspor 0:1
Qol: C.Karayel, 67-öz qapısına.

Adana Dəmirspor – Fənərbaxça 1:1
Qol: Ndiaye, 84-pen – Valensiya, 89.







Türkiyə S.L.