7 aprel 2026. Çərşənbə axşamı

TFF bu müddətdə bütün oyunların təxirə salındığını açıqladı


TFF bu müddətdə bütün oyunların təxirə salındığını açıqladı
Türkiyə Futbol Federasiyası (TFF) bəyanat yayıb. Corner.az xəbər verir ki, qurum ölkədə baş verən zəlzələ səbəbindən 5 gün müddətinə bütün oyunları təxirə salıb.
 
TFF fevralın 7-dən 12-dək proqramda olan bütün peşəkar və həvəskar çempionatların təxirə salındığını açıqlayıb.
 
10-13-ü aralığında keçirilməli olan Super Liqa və digər liqaların matçları 17-20 fevralda oynanılacaq. Digər turlar isə buna uyğun planlaşdırılacaq. Super Liqa çərçivəsində dünən keçirilməli olan “Ümraniyespor” – “Adana Dəmirspor”, “Giresunspor” – “Kayserispor” və “Fənərbaxça” – “Konyaspor” görüşləri isə 21-23 fevralda baş tutacaq.
 
Təxirəsalma səbəbindən yüksək liqanın 24-cü və 25-ci turunun təqvimi yenidən formalaşacaq.






Türkiyə S.L.