22 noyabr 2024. Cümə

Hatayspor Super Liqadan çəkildiyini açıqladı


Hatayspor Super Liqadan çəkildiyini açıqladı
Türkiyənin “Hatayspor” və “Qaziantep” klubları Super Liqada çıxışını dayandırmağa qərar verib. Corner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.
 
Onun sözlərinə görə, bu klublar zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmirlər: "Bununla bağlı TFF-yə məktub göndəriblər. Böyük ehtimalla, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Hər şeyə qarşıdakı günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək”.
 
Bu iki klubdan başqa, TFF 1-ci Liqada mübarizə aparan “Yeni Malatyaspor” da cari mövsümdə oynamaq istəmir. Bu barədə sözügedən klubun prezidenti Ahmet Yaman məlumat verib. O da bütün klub infrastrukturunun zəlzələdə dağıldığını bəyan edib və cari mövsümdə oynayacaq halda olmadıqlarını bildirib.
 
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ən son məlumatlara görə 17134 nəfər ölüb, 70347 nəfər yaralanıb. Hatay, Qaziantep və Malatya da zəlzələdən ən çox ziyan görən şəhərlər sırasındadır. Bu üzdən də sözügedən şəhərləri təmsil edən klubların radikal qərarları gözlənilən idi. Hətta “Hatayspor”un TFF-yə müraciətindən sonra komanda qurumun Rivadakı (İstanbul) bazasına yerləşdirilib. “Qaziantep”in də qısa zamanda İstanbulda məskunlaşması gözlənilir.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu
Superliqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 18:44 30.10.2024
Superliqa klubunda yeni baş məşqçi