30 yanvar 2026. Cümə

Hatayspor və Qaziantep'lə oyunların nəticələrinin ləğvini tələb edildi


Hatayspor və Qaziantep'lə oyunların nəticələrinin ləğvini tələb edildi

“Beşiktaş” klubu Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar çempionatda çıxışını dayandıran “Hatayspor” və “Qaziantep”lə oyunların nəticələrinin ləğvini tələb edib.

Corner.Az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanladıqlarını açıqlayıb.

O bildirib ki, adıçəkilən komandaların mövsümün geridə qalan 23 turundakı bütün matçlarının nəticəsi ləğv olunmalıdır: “Bu klublar toparlanana qədər Super Liqada mübarizə aparmayacaqlar. Hansı qərarın veriləcəyi ilə bağlı tərəddüdlər var. Onlar mövsümün qalan hissəsində iştirak etməyəcəklər. Bu üzdən indiyə qədər keçirdikləri qarşılaşmaların nəticələri də hesaba alınmamalıdır. Fərqli qərar qəbul olunsa, haqqımızı tələb edəcəyik”.

Qeyd edək ki, “Beşiktaş” mövsümün ilk dövrəsində “Qaziantep”lə (1:1) heç-heçə edib, “Hatayspor”a (1:2) məğlub olub.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu