22 noyabr 2024. Cümə

TFF çempionatdan çəkilən klublarla bağlı qərarını rəsmən açıqladı


TFF çempionatdan çəkilən klublarla bağlı qərarını rəsmən açıqladı
Türkiyənin “Hatayspor” və “Qaziantep” komandaları ölkədə baş vermiş zəlzələ səbəbindən bu mövsümün qalan hissəsində Super Liqadakı çıxışlarını dayandırıb. Corner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
 
Bundan əlavə, "Yeni Malatyaspor" və "Adanaspor"un I Liqada, “Diyarbəkirspor” və "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi dəqiqləşib.
 
Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin bu klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, 2023/24 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər. Həmçinin onlar bu mövsümün sonunadək TFF-dən bütün gəlirlərini ala biləcəklər.
 
TFF “Hatayspor” və “Qaziantep”in legioner futbolçuları ilə də bağlı qərar qəbul edib. Müvəqqəti qərarla digər klublar bu komandalarda forma geyinən legionerləri bu mövsümün sonuna kimi icarəyə götürə bilərlər. Lakin hər klub maksimum 2 futbolçu ilə güclənə bilər. Legioner limiti də dəyişib. Super Liqada eyni vaxtda meydanda 8 yox, 9, I Liqada isə 5 yox, 6 legionerin oynamasına (yalnız bu mövsümün sonuna kimi) icazə verilib.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu
Superliqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 18:44 30.10.2024
Superliqa klubunda yeni baş məşqçi