5 dekabr 2025. Cümə

Emrelinin debüt matçının tarixi müəyyənləşdi


Emrelinin debüt matçının tarixi müəyyənləşdi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni transfer olunduğu “Konyaspor” yoxlama görüşünə çıxacaq. Corner.Az xəbər verir ki, Türkiyədə baş verən zəlzələ səbəbindən çempionatda yaranan fasilədən Super Liqa təmsilçisi yararlanmaq qərarına gəlib.
 
Konya təmsilçisi I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Görüşün fevralın 22-də Antalyada keçirilməsi razılaşdırılıb. Mahir Emrelinin məhz həmin matçda “Konyaspor”un heyətində debüt etməsi gözlənilir.
 
Konya təmsilçisi eyni zamanda zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə xeyriyyə matçı təşkil etməyi də planlaşdırır.
 
Qeyd edək ki, müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan Mahir Emreli mövsümün sonuna kimi “Konyaspor”a icarəyə verilib.






Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə