30 yanvar 2026. Cümə

Konyaspor'un Emrelidən gözləntisi var


Konyaspor'un Emrelidən gözləntisi var
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə mətbuatının gündəmindədir. Corner.az xəbər verir ki, Türkiyə mediası 25 yaşlı forvardın “Konyaspor”a transferinə geniş yer ayırıb. “Yeni haber” qəzetinin “Konyaspor”un Emrelidən gözləntisi var” yazısında azərbaycanlı futbolçunun gələcək perspektivləri araşdırılıb:
 
“Konyaspor”un Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü futbolçu klubun ən çox ümid bəslədiyi oyunçuların başında gəlir. “Yaşıl-ağlar” çempionata Muhammed Demir ilə başlasa da, hücumçunun formadan düşməsi və zədə almasından sonra üstünlük Mame Diufa verildi. Diufun yaşı çox olsa da (35), o, 7 qol və 2 məhsuldar ötürmə ilə təkbaşına komandanı ayaqda saxladı. Diuf 4 oyun qol vura bilməyəndə, “Konyaspor” xala həsrət qaldı. Hücum xəttinə gələn Mahir Emreli qol və ötürmə üçün meydana çıxacaq”.
 
Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu