10 may 2026. Bazar günü

Mahir Emreli Konyaspor'da debüt etdi


Mahir Emreli Konyaspor'da debüt etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.

Corner.Az-ın məlumatına görə, 26 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi