17 mart 2026. Çərşənbə axşamı

Türkiyədə çempionatdan çəkilən klub sayı 10-a çatdı


Türkiyədə çempionatdan çəkilən klub sayı 10-a çatdı
Türkiyədəki dəhşətli zəlzələ fəlakətindən sonra daha bir klub çempionatdakı çıxışını dayandırıb. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3-cü liqada mübarizə aparan “Elazığspor” da çəkilmə qərarı alıb.
 
Artıq klub bu qərarını Türkiyə Futbol Federasiyasına rəsmi olaraq çatdırıb. Komanda mövsümün qalan hissəsində oynamayacaq və hər oyunda texniki məğlubiyyət alacaq. Amma növbəti mövsümdən Elazığ təmsilçisi yenə eyni çempionatda iştirak hüququnu saxlayacaq.
 
Xatırladaq ki, buna qədər daha 9 klub çempionatlardakı iştirakını dayandırdığını elan etmişdi. Super Liqada “Qaziantep” və “Hatayspor”, 1-ci liqada “Yeni Malatyaspor” və “Adanaspor”, 2-ci Liqada “Adıyamanspor” və “Diyarbəkirspor”, 3-cü Liqada isə “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaq.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu