17 mart 2026. Çərşənbə axşamı

Cenk Tosun ilk dəfə bu aqibəti yaşadı


Cenk Tosun ilk dəfə bu aqibəti yaşadı
“Beşiktaş”ın hücumçusu Cenk Tosun Türkiyə Super Liqasının 14-cü turundan təxirə salınmış “Antalyaspor”la oyunda penaltidən yararlana bilməyib.
 
Corner.az xbər verir ki, matçın 90+4-cü dəqiqəsində rəqib qapıçı məhz 31 yaşlı hücumçuya qarşı kobudluğa görə penaltiyə səbəb olub.
 
11 metrlik zərbəni Cenk özü yerinə yetirib. Lakin “Antalyaspor”un qapıçısı öz səhvini düzəldərək bu penaltini dəf etməyi bacarıb.
 
Nəticədə Tosun karyerası ərzində ilk dəfə Super Liqada penaltidən dəqiq yararlana bilməyib. O, buna qədər çempionat çərçivəsində 12 dəfə penalti yerinə yetirmiş və hamısında dəqiq olmuşdu.
 
Xatırladaq ki, “Beşiktaş” – “Antalyaspor” matçı 0:0 hesabıyla başa çatıb.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu