20 iyun 2026. Şənbə

Mahir Emrelinin debüt vaxtı açıqlandı


Mahir Emrelinin debüt vaxtı açıqlandı
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Superliqasının 24-cü turunda “Giresunspor”la keçiriləcək oyunda “Konyaspor”un heyətində debüt edəcək. Corner.az xəbər verir ki, bunu baş məşqçi Aleksandar Stanoyeviç açıqlayıb.
 
26 yaşlı forvardın hətta martın 5-dəki qarşılaşmada start heyətində meydana çıxması gözlənilir. Buna səbəb komandada başqa hücumçunun qalmamasıdı. Uçe İkpeazu və Muhammet Demir zədəlidisə, Mame Diuf 23-cü turda “Fənərbaxça” (0:4) ilə qarşılaşmada qırmızı vərəqə alıb. Bütün bunlar Emrelinin start heyətinə yolunu açıb.
 
Qeyd edək ki, Mahir Emreli “Konyaspor”a qış fasiləsində Zaqreb “Dinamo”sundan keçib.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı