17 mart 2026. Çərşənbə axşamı

Emrelinin komandası baş məşqçisiz qala bilər


Emrelinin komandası baş məşqçisiz qala bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Türkiyənin "Konyaspor" klubunun baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə bilər.

Corner.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bu barədə "Giresunspor"la qolsuz heç-heçə etdikləri Superliqanın XXIV tur oyunundan sonra mətbuat konfransında açıqlama verib.

Serbiyalı məşqçi komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib.

Stanoyeviç istefa ilə bağlı sualı da cavablandırıb: "Belə bir istək varsa, məsləhətləşib danışa bilərik. Klubun xeyri üçün lazım olanı etməyə hazıram. Əlbəttə ki, bunu da düşünə bilərəm".

Qeyd edək ki, Konya təmsilçisi çempionatda ardıcıl 5 oyundur qələbə qazana bilmir. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu