17 mart 2026. Çərşənbə axşamı

Trabzonspor'un baş məşqçisi istefa verdi


Trabzonspor'un baş məşqçisi istefa verdi
"Trabzonspor”un baş məşqçisi Abdullah Avcı istefa verib. Corner.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

"Çox sevdiyim "Trabzonspor"la və bu şəhərin gözəl insanları ilə heç bir maliyyə tələbi olmadan, qeyd-şərtsiz və gözləntisiz vidalaşmağın vaxtıdır", -deyə təcrübəli çalışdıcı paylaşımında qeyd edib.
 
59 yaşlı mütəxəssisin istefasına həm komandanın cari mövsümdəki uğursuz çıxışı, həm də klub rəhbərliyinin bir neçə gün öncə istefa verməsi səbəb göstərilir. 
 
Xatırladaq ki, bir neçə gün öncə “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu da istefa vermişdi.
 
Trabzon təmsilçisi bu mövsüm Super Liqada topladığı 38 xalla 6-cı pillədə qərarlaşıb. Komanda “Bazel”ə uduzaraq Avropa Konfrans Liqasında da mübarizəni dayandırıb.
 
Bildirək ki, Avcı 2020-ci ildən Qara Dəniz təmsilçisinə rəhbərlik edirdi. O, ötən mövsüm “Trabzonspor”u Türkiyə çempionu etmişdi.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu