17 mart 2026. Çərşənbə axşamı

Özil yenə sıradan çıxdı


Özil yenə sıradan çıxdı
Türkiyənin “Başakşəhər” klubu Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikanın “Gent” komandası ilə oyundan öncə itki ilə üzləşib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mesut Özil sıradan çıxıb.
 
Bu barədə komandanın baş məşqçisi Emre Belözoğlu matçdan öncə baş tutan mətbuat konfransında açıqlama verib. O, bir neçə ay öncə belindən əməliyyat olunan futbolçu sıraya dönsə də, son günlərdə yenidən problemlə üzləşdiyini bildirib. Bu üzdən təcrübəli oyunçunun daha 1-2 həftə komandadan ayrı qalacağı gözlənilir.
 
Xatırladaq ki, Mesut Özil bu mövsümün əvvəlində “Fənərbaxça”dan ayrılaraq “Başakşəhər”lə müqavilə imzalamışdı. 34 yaşlı futbolçu zədə səbəbindən 31 oyunu buraxıb. O, meydana çıxdığı 8 oyunda da fərqlənə bilməyib.
 
“Başakşəhər”in “Gent”lə ilk oyunu sabah Belçikada baş tutacaq.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu