17 mart 2026. Çərşənbə axşamı

Hücumda daha kreativ olmalıyıq


Hücumda daha kreativ olmalıyıq
Qış fasiləsində Zaqreb “Dinamo”sundan “Konyaspor”a keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə mətbuatına təəssüratlarını bildirib. Corner.az saytı xəbər verir ki, 26 yaşlı forvard Super Liqanın 24-cü turunda “Giresunspor”la qolsuz bərabərə nəticələnən görüşdə yeni komandasının heyətində debüt edib.
 
O, həmin matçda qələbə qazanmaq üçün çox çalışdıqlarını vurğulayıb:
 
“Giresunspor”la oyun “Konyaspor”da debütüm idi, yeni komanda yoldaşlarımla ilk dəfə birlikdə çıxış edirdim. Həmin matçda qələbə qazanmağı çox istəyirdik. Uzun müddətdi qələbə qazanmırıq və qol da vurmamışıq. 3 xal qazanmaq əzmimiz hiss olunurdu. Üstəlik, müdafiədə oturmadıq, hücumameyilli çıxış etdik. Görünür, bu mübarizə kifayət etmir. Qarşıdakı görüşlərdə daha çox çalışmalı və hücumda daha kreativ olmalıyıq. Hələ də çatışmazlıqlarımız var, onların üzərində işləyəcəyik. İnanıram ki, gec-tez qollar və qələbələr gələcək”.
 
Türkcə səlis danışması ilə diqqət çəkən Emreli buna da toxunub: “Onsuz da, türkəm. Bunu deməyimə ehtiyac yoxdu. Ailəlikcə türkcə danışırıq”.
 
Qeyd edək ki, “Konyaspor” mövsümün sonuna qədər icarəyə götürdüyü Mahir Emrelini yayda 1,5 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malikdi.






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu