8 aprel 2026. Çərşənbə

Emreli'nin komandası Qalatasaray'ın uğurlu seriyasına son qoydu


Emreli'nin komandası Qalatasaray'ın uğurlu seriyasına son qoydu

Türkiyə Super Liqasında 26-cı tura start verilib. Corner.az xəbər verir ki, turun açılış matçında bir qarşılaşma baş tutub.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda lider “Qalatasaray”ı qəbul edib.

Üç qolun qeydə alındığı oyunda meydan sahibəri əzmkar qələbə qazanıb. Beləcə, “Konyaspor” Qalatasaray”ın uğurlu seriyasını dayandırmağı bacarıb.

Emreli bu oyuna start heyətdə başlayıb. 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan 26 yaşlı forvard 79-cu dəqiqədə əvəzlənib.

Türkiyə Super Liqası
26-cı tur
17 mart

Konyaspor – Qalatasaray 2:1
Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.







Türkiyə S.L.