22 noyabr 2024. Cümə

Qarabağ'la oyunöncəsi Qalatasaray'da qalmaqal


Qarabağ'la oyunöncəsi Qalatasaray'da qalmaqal
"Qarabağ”la xeyriyyə oyununda qarşılaşacaq “Qalatasaray”da Bakı səfəri öncəsi qalmaqal yaşanıb.

Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Berkan Kutlunun baş məşqçi Okan Buruku hədələdiyi üzə çıxıb.
 
Belə ki, 25 yaşlı oyunçu Super Liqanın XXVI turunda “Konyaspor”la keçirilən matçdan əvvəl təcrübəli mütəxəssislə mübahisə edib. O, start heyətində yer almayacağı təqdirdə, komandadan ayrılacağını bildirib. Bu səbəbdən də Okan Buruk sözügedən qarşılaşmada ona ilk “11-lik”də şans verib.
 
Türkiyənin A Spor kanalının aparıcısı Levent Tüzemen futbolçunun bu hərəkətinin doğru olmadığını və klub rəhbərliyinin Okana dəstək olmasının vacib olduğunu bildirib.

 Eyni zamanda futbolçunun bu hərəkəti İstanbul təmsilçisinin azarkeşləri və yerli futbol ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Fanatlar Okan Buruka təzyiq göstərərək, Berkan Kutlunu bir daha oynatmamağı tələb edib.
 
Qeyd edək ki, “Qalatasaray” martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la yoldaşlıq görüşündə üz-üzə gələcək.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu
Superliqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 18:44 30.10.2024
Superliqa klubunda yeni baş məşqçi