8 aprel 2026. Çərşənbə

Konyaspor Mahir Emreli'nin son durumunu açıqladı


Konyaspor Mahir Emreli'nin son durumunu açıqladı

Türkiyə "Konyaspor"u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

Corner.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyəsində ağrılarının olduğu vurğulanıb.

Təcrübəli futbolçunun bir həftə fizioterapevt nəzarəti altında məşq edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.







Türkiyə S.L.