20 iyun 2026. Şənbə

Beşitkaş'ın futbolçularına hücum edən azarkeşin cəzası bilindi


Beşitkaş'ın futbolçularına hücum edən azarkeşin cəzası bilindi
Türkiyə Super Liqasının “Ankaragücü” - “Beşiktaş” matçında meydana çıxaraq qonaq komandanın futbolçularına hücum çəkən azarkeşin cəzası bəlli olub. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın oyunçularını təpikləyən həmin fanata 1 il 8 aylıq həbs cəzası verilib.
 
Xatırladaq ki, sözügedən qarşılaşma ötən ilin 4 sentyabrında keçirilmişdi. Matçın final fitindən dərhal sonra bir azarkeş qapı arxasındakı tribunadan meydana qaçaraq “Beşiktaş” futbolçularını təpikləməyə başlamışdı. Berkay Ö. adlı həmin azarkeş haqqında 3 ilə qədər həbs tələbi ilə iddia qaldırılmışdı.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı