6 avqust 2026. Cümə axşamı

Beşiktaş'da ciddi itki


Beşiktaş'da ciddi itki
“Beşiktaş”ın müdafiəçisi Tayyip Talha Sanuç uzun müddətə sıradan çıxıb. Corner.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən gecə Super Liqanın 27-ci turu çərçivəsində 4:2 hesabıyla məğlub etdikləri “Fənərbaxça” ilə səfər matçında zədələnib.
 
Derbinin əvvəlindəcə dizindən zədə alan oyunçu matçı davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Diz bağları qopan futbolçunun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Sanuç bu mövsümün əvvəlindən formasını geyindiyi “Beşiktaş”da 22 oyuna 2 qol vurub.






Türkiyə S.L.