30 yanvar 2026. Cümə

Valensiyadan daha bir ilk


Valensiyadan daha bir ilk
“Fənərbaxça”nın hücumçusu Enner Valensiya daha bir ilkə imza atıb. Corner.az xəbər verir ki, 33 yaşlı forvard, İstanbul təmsilçisinin heyətində 2006/07 mövsümündən etibarən Super Liqada ardıcıl 6 oyunda qol vuran ilk futbolçu ünvanına sahib olub.
 
Ekvadorlu futbolçu bunu Türkiyə Super Liqasının 26-cı turunun “Beşiktaş”la ev oyununda qol vurmaqla gerçəkləşdirib. Penaltidən fərqlənən hücumçu daha bir 11 metrlik zərbəni də boşa verib. Yekunda isə onun komandası 2:4 hesablı məğlubiyyətə üzülüb.
 
Xatırladaqki, Valensiya “Beşiktaş”a qədər “Alanyaspor”, “Kayserispor”, “Konyaspor”, “Adana Dəmirspor” və “Kasımpaşa” ilə matçlarda da rəqiblərin qapısına yol tapmışdı.
 
Valensiya bu mövsüm vurduğu 30 qolla “Fənərbaxça”nın ən yaxşı bombaridir.






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu