22 oktyabr 2024. Çərşənbə axşamı

Mahir Emreli: Bəhanə axtarmayaq ...


Mahir Emreli: Bəhanə axtarmayaq ...
“Konyaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Umraniyespor”la keçirilən Super Liqanın XXVII tur oyununu dəyərləndirib. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu son dəqiqələrdə qol vuraraq, səfərdən 2:2 hesablı bərabərliklə döndükləri üçün sevindiyini söyləyib:
 
“İki komanda üçün də ədalətli oldu. Xüsusən də, oyunun sonları daha gözəl keçdi, bol qollu oldu. Buradan 3 xalla dönmək istəyirdik, qismət olmadı. Ən azı son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulduğumuz üçün sevinməliyik. Çünki milli komandaların oyunları ilə bağlı fasilə dövrü bizim üçün bir az çətin oldu. Bir az fasilə yarananda toparlanmaq çətin olur. Məncə, qarşıdakı turda daha yaxşı oynayar və 3 xal qazana bilərik”.
 
Millimizin üzvü “Konyaspor”da istənilən mövqedə oynamaq gücündə olduğunu da toxunub: “Baş məşqçi hansı mövqeni məsləhət bilsə, orada da oynayaram. Əlbəttə, baş məşqçi bu məsələni mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu bilir. Bəhanə axtarmayaq. Hansı mövqedə yer verirsə, deməli, orada oynaya bilərəm. Assist və qol üçün səbirsizlənirəm. Ümid edirəm ki, qarşıdakı matçda buna nail ola bilərəm”.
 
Qeyd edək ki, “Konyaspor” Super Liqada növbəti oyununu aprelin 7-də evdə “Antalyaspor”a qarşı keçirəcək.






Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi