20 sentyabr 2026. Bazar günü

Trabzonspor mübarizəni dayandırdı


Trabzonspor mübarizəni dayandırdı

Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Trabzonspor” səfərdə “Ankaragücü”nün qonağı olub. Dörd qolun qeydə alındığı matçdan sensasion qələbə qazanan paytaxt təmsilçisi yarımfinala vəsiqə qazanıb.

“Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Çünki rəqib “Qaziantep” Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm çıxış etməyəcəklərini açıqlamışdı.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə