20 sentyabr 2026. Bazar günü

Qalatasaray kubokda mübarizəni dayandırdı


Qalatasaray kubokda mübarizəni dayandırdı

Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Qalatasaray” doğma meydanda “Başakşəhər”i qəbul edib. Beş qolun qeydə alındığı İstanbul derbisində qonaqlar qələbə qazanataq yarımfinala vəsiqə qazanıb.

“Başakşəhər” finala vəsiqə uğrunda ötən gün “Trabzonspor”u mübarizədən kənarlaşdırmış “Ankaragücü” ilə qarşılaşacaq.

Sonuncu yarımfinalçı “Fənərbaxça” - “Kayserispor” müəyyənləşəcək. Bu cütün qalibi isə “Sivasspor”la üz-üzə gələcək. Hansı ki, sözügedən komanda oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamaqdan imtina etməsi səbəb olub.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə