20 sentyabr 2026. Bazar günü

İkardi tarixə düşdü


İkardi tarixə düşdü
Argentinalı ulduz Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun tarixinə düşüb. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu komandasının NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
 
O, buna Türkiyə kubokunun 1/4 finalında “Başakşəhər”ə qarşı keçirdikləri oyunda nail olub. İkardi bu görüşün 51-ci dəqiqəsində fərqlənməklə komandasının 2-ci qoluna imza atıb. Lakin yekunda 2:3 hesabıyla uduzan “Qalatasaray” kubokda mübarizəni dayandırıb.
 
“Qalatasaray” cari mövsümdə bir ilki də yaşayıb. Okan Burukun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə bir oyunda qapısından 3 top buraxıb.






Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə