20 sentyabr 2026. Bazar günü

Fənərbaxça darmadağınla yarımfinalda


Fənərbaxça darmadağınla yarımfinalda

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, daha bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Daha öncə “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqəni təmin etmişdilər. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbaxça” isə “Sivasspor”la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbaxça – Kayserispor 4:1
Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 – D.Kolovetsios, 18.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə