Türkiyənin “Beşiktaş” klubu xeyriyyə oyunu keçirəcək. Corner.az xəbər verir ki, “qara qartallar” Madrid “Atletiko”su ilə üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyun 12 apreldə “Vodafone Park”da keçiriləcək və saat 20:30-da start götürəcək.
Matçdan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Xatırladaq ki, hazırda “Beşiktaş”ın “Sabah”la da belə bir xeyriyyə matçı keçirməsi barədə iki klub arasında danışıqlar davam edir. Bu görüşün Azərbaycanda təşkil olunması nəzərdə tutulub.
Əlavə edək ki, bir müddət əvvəl Türkiyənin “Qalatasaray” klubu Bakıda “Qarabağ”la xeyriyyə oyununda (2:1) qarşılaşmışdı.