20 sentyabr 2026. Bazar günü

Fənərbaxça'dan əzmkar qələbə


Fənərbaxça'dan əzmkar qələbə

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Kayserispor” evdə “Ümraniyəspor”u qəbul edib və çətin qələbəyə sevinib. “Fənərbaxça” isə “Fatih Karagümrük”lə səfər matçında əzmkar qələbə qazanıb.

Hazırda 63 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 57 xalla ikinci, “Beşiktaş” 55 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”la “Başakşəhər” 45, “Trabzonspor” və “Kayserispor” 44 xal toplayıblar.

Türkiyə Super Liqası
28-ci tur
7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

Ankaragücü – İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.

Kasımpaşa – Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.

9 aprel

Sivasspor – Başakşəhər 1:1
Qol: L.Duarte, 37-öz qapısına – P.Şiş, 61.

Beşiktaş – Girəsunspor 3:1
Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 – R.Bayiç, 21.

10 aprel

Kayserispor – Ümraniyəspor 3:1
Qol: Tiam, 32-pen. Mensah, 54. K.Mane, 90+9 – U.Nayir, 45+1.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol: Ozdoyev, 24 – Zayç, 51. Salai, 78.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə