22 noyabr 2024. Cümə

Konyaspor Mahir Emrelidən narazıdır


Konyaspor Mahir Emrelidən narazıdır
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Türkiyə karyerası başa çata bilər. Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı forvardın çıxışı “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviçi qane etmir.
 
Qış fasiləsində Zaqreb “Dinamo”sundan icarəyə götürülən Emrelini konyalılar 1,5 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malikdi. Lakin oyunçunun bu performansı davam etdirəcəyi təqdirdə birdəfəlik transfer etmək hüququndan yararlanmayacağı bildirilib.
 
“Konyaspor”da ilk üç matçında start heyətində meydana çıxan Emreli “Antalyaspor”la son görüşdə ehtiyatdan mübarizəyə qoşulmuşdu. Bu üzdən də Stanoyeviçin ona etimadının azaldığı qeyd olunur.
 
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilə qədərdi.






Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu
Superliqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 18:44 30.10.2024
Superliqa klubunda yeni baş məşqçi