20 sentyabr 2026. Bazar günü

Trabzonspor'la Beşiktaş'dan heç-heçə


Trabzonspor'la Beşiktaş'dan heç-heçə

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Girəsunspor” evdə “Sivasspor”a tək qolla qalib gəlib. Səfərdə “Trabzonspor”un qonağı olan “Beşiktaş” isə xal itkisi ilə üzləşib.

Hazırda 66 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxa” 60 xalla ikinci, “Beşiktaş” 56 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 51, “Başakşəhər” və “Trabzonspor” hərəyə 45, “Kayserispor” 44 xal toplayıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelnin də formasını geyindiyi “Konyaspor”un 36 xalı var. 

Türkiyə Super Liqası
29-cu tur
14 aprel

Antalyaspor – Alanyaspor 3:1
Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 – Koka, 21.

Qalatasaray – Kayserispor 6:0
Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.

15 aprel

Adana Dəmirspor – Kasımpaşa 5:0
Qol: Akintola, 18; 21. Y.Sarı, 27. Ndiaye, 80. Belhanda, 90.

İstanbulspor – Başakşəhər 1:0
Qol: E.Eze, 45+7.

Fənərbaxça – Ankaragücü 2:1
Qol: Valensiya, 87-pen. Krespo, 90+6 – Sou, 80.

16 aprel

Girəsunspor – Sivasspor 1:0
Qol: Kampusano, 18.

Trabzonspor – Beşiktaş 0:0







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə