20 iyun 2026. Şənbə

İstanbul klubunda daha bir itki


İstanbul klubunda daha bir itki
Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu sıradan çıxıb. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Miha Zayç zədələnib.
 
O, 29-cu tur çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunda əzələsini dartıb. Müayinələr nəticəsində onun sol ayaq əzələsində yırtıq və qanama aşkarlanıb.
 
Sloveniyalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. O, bu mövsüm “Fənərbaxça”da 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, “Fənərbaxça”da ötən gün qapıçı Altay Bayındır də əməliyyat olunub.
 






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı