6 may 2026. Çərşənbə

Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik


Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik
Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib. Corner.az xəbər verir ki. millimizin üzvü qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olub.
 
Konyalıların baş məşqçisi Aleksandar Stanoyeviç 25 yaşlı oyunçunu ehtiyatda saxlamasının səbəbini açıqlayıb. Serbiyalı mütəxəssis Emrelini zədədən qorumaq üçün ikinci hissədə meydana buraxdığını vurğulayıb:
 
“Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Sonradan həmlə edə bilmək üçün onu qorumaq istədim. Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik”.
 
“Konyaspor” hazırda Super Liqada 45 xalla 6-cı pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi