5 avqust 2026. Çərşənbə

Burak Yılmaz cəzalandırıldı


Burak Yılmaz cəzalandırıldı

Trabzonspor futbolçusu Burak Yılmazı cəzalandırıb.

Corner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Ahmet Ağaoğlu "NTV"yə açıqlamasında deyib. O, türk hücumçunun "Bursaspor"la matçda azarkeşlərə qarşı etdiyi hərəkət səbəbindən cəzalandırıldığını bildirib: "Burak Yılmazı 500 min türk lirəsi məbləğində cərimələdik. O, müqavilə ilə bu kluba məxsusdur. Bundan sonra baş məşqçimiz Ünal Karaman Burakın oynayıb-oynamayacağına qərar verəcək".

Qeyd edək ki, B.Yılmaz "Bursaspor"la görüşdə əvəzlənən zaman azarkeşlərin narazılığı ilə qarşılaşmışdı.Bundan sonra o, əl-qol hərəkətləri ilə tribunalara reaksiyasını göstərmişdi.(qol.az)







Türkiyə S.L.