17 mart 2026. Çərşənbə axşamı

Konyaspor'un baş məşqçisinin Mahir Emrelidən tələbi


Konyaspor'un baş məşqçisinin Mahir Emrelidən tələbi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” mayın 7-də Türkiyə Super Liqasının XXXIII turunda “Kayserispor”la qarşılaşacaq. Corner.az xəbər verir ki, Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviç bəzi oyunçuların durumundan narahatdır.
 
Buna səbəb 7 futbolçusunun vərəqə limitində olmasıdır. Onlar arasında Emreli və vaxtilə “Qarabağ”da çıxış etmiş  qapıçı İbrahim Şehiç də var. Bu oyunçulardan hücumçu Uçe İkpeazu və yarımmüdafiəçi Endri Çekiçi isə zədədən əziyyət çəkir.
 
Digər 5 nəfər isə “Kayserispor”la qarşılaşmada sarı vərəqə alarsa, cari mövsüm 4-cü dəfə bu halla üzləşmiş olacaq və “Alanyaspor”la növbəti tur matçında komandasına kömək edə bilməyəcəklər. Aleksandar Stanoyeviç də onlarla görüşərək, mümkün qədər ehtiyatlı oynamalarını istəyib.
 
Qeyd edək ki, Mahir Emreli “Qalatasaray”, “Adana Demirspor” və “Trabzonspor”la görüşlərdə sarı vərəqə alıb.
 






Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu