20 sentyabr 2026. Bazar günü

Mahirli Konyaspor'la “Qalatasaray'dan səfər qələbəsi


Mahirli Konyaspor'la “Qalatasaray'dan səfər qələbəsi

Türkiyə Super Liqasında 34-cü tura start verilib. Corner.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

“Sivasspor” “Kasımpaşa” ilə ev oyununda məğlub olub. Lider “Qalatasaray” isə “İstanbulspor”la səfər oyununda inamlı qələbə qazanıb.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da səfərdə “Alanyaspor”un qonağı olub və 3 cavabsız qolla qalib gəlib. Mahir start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Türkiyə Super Liqası
34-cü tur
16 may

Sivasspor – Kasımpaşa 1:2
Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2
Qol: İkardi, 45+11-pen; 89.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə