20 sentyabr 2026. Bazar günü

Fənərbaxça Trabzonspor'u MƏĞLUB ETDİ


Fənərbaxça Trabzonspor'u MƏĞLUB ETDİ

Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, son gündə daha bir görüş baş tutub.

“Fənərbaxça” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbə qazanıb.

Hazırda 76 xala malik “Qalatasaray” vahid liderdir. 2-3-cü pillələrdəki “Fənərbaxça” ilə “Beşiktaş”ın 71 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 52, “Konyaspor”la “Kayserispor” 49, “Trabzonspor” 48 xal toplayıb.

Türkiyə Super Liqası
34-cü tur
16 may

Sivasspor – Kasımpaşa 1:2
Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2
Qol: İkardi, 45+11-pen; 89.

17 may

Başakşəhər – Ümraniyəspor 1:1
Qol: Aleksiç, 4 – U.Nayir, 60-pen.

Ankaragücü – Antalyaspor 1:1
Qol: Milson, 90+3 – G.Vural, 68.

Fatih Karagümrük – Adana Dəmirspor 2:3
Qol: E.Özbir, 44-öz qapısına. Diaqne, 80 – Ndiaye, 51. Onyekuru, 76. Dreseviç, 84-öz qapısına.

18 may

Fənərbaxça – Trabzonspor 3:1
Qol: Batşuayi, 11. L.Peres, 58. E.Valensiya, 71 – Trezeqe, 79-pen.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə