20 iyun 2026. Şənbə

Super Liqada bir ayrılıq, bir qayıdış


Super Liqada bir ayrılıq, bir qayıdış
Türkiyə Super Liqasını tərk edəcək ilk komanda müəyyənləşib. Corner.az xəbər verir ki, “Ümraniyəspor” bu mövsümün sonunda elitanı tərk edəcək.
 
Bu, sözügedən komandanın 35-ci tur çərçivəsində baş tutan “Ankaragücü” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra rəsmiləşib.
 
Hazırda 27 xalı olan komanda 17-ci pillədə qərarlaşıb. “Ümraniyəspor” son üç turda qələbə qazansa belə, 15-ci pilləyə yüksələ bilməyəcək.
 
Yeri gəlmişkən, Super Liqaya yüksələn ikinci komandanın da adı bəlli olub. Çempion “Samsunspor”un arından ikinci yerdə qərarlaşan “Rizəspor” da elitaya yüksəlib. TFF 1-ci liqada mövsümün son turu çərçivəsində “Altınordu” ilə bərabərə (0:0) qalan rizəlilər cəmi bir illik fasilədən sonra Super Liqaya qayıdıblar. 
 
Xatırladaq ki, “Rizəspor” 2021/22 mövsümündə Super Liqada 17-ci yeri tutduğu üçün elitanı tərk etmişdi.






Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı