"Qalatasaray" yeni mövsüm üçün transfer işlərinə başlayıb. "Sarı-qırmızılı"lar 50 milyon avro qarşılığında 2 futbolçunu göndərə bilər.
Corner.az xəbər verir ki, Superliqada "Sivasspor"u 2:0 hesabı ilə məğlub edərək çempionluğa bir addım yaxınlaşan "Qalatasaray" MKE Ankaragücünə qalib gələcəyi təqdirdə kuboku 23-cü dəfə muzeyinə aparacaq. Superliqada çempion olmaq və Çempionlar Liqasında iddialı komanda qurmaq istəyən “Qalatasaray” idarəçiləri transfer işlərinə başlayıb. Qalatasaray Sportif A.S. müdir müavini Erden Timur da transfer danışıqları üçün İngiltərəyə gedib.
Heyətini gücləndirmək istəyən "Qalatasaray" mövcud futbolçularını da diqqətdən kənarda saxlamır. Avropa klubları sarı-qırmızılı futbolçuları yaxından izləyərkən, Viktor Nelsson və Sacha Boeyi Premyer Liqa komandaları üçün nəzərdə saxlayıblar.
Fabrizio Romanonun xəbərinə görə, "Qalatasaray" idarəçiləri futbolçu almaq və öz oyunçularını satmaq üçün İngiltərəyə gedib. Ada komandaları Sacha Boey və Victor Enok Nelsson-u transfer etmək üçün "qırmızılar"la danışıqlar aparır.
"Qalatasaray" hər iki futbolçu üçün ən azı 25 milyon avro gözləyir. İki futbolçunun satışından ən azı 50 milyon avro transfer qiyməti gözlənilir.
Nelsson və Boey ilə yanaşı, Nikolo Zaniolonun yay transferi müddətində "Qalatasaray"dan ayrılacağı gözlənilir. İtalyan oyunçunun sərbəst qaldığı müddət üçün qiyməti isə 35 milyon avrodur.
Şəfəq Samed