“Beşiktaş" çempionluğu qeyd etmək qərarı alıb.
“Qara-qartallar”ın rəsmi səhifəsində yer alan xəbərə görə çempionluq qeyd edəcəklərini paylaşıblar.
Corner.az Sportline.az-a istinadan xəbər verir ki, "Beşiktaş" rəhbərliyi mövzu ilə açıqlamasında:
"TFF düzgün addım atıb, liqadan ayrılan komandaların matçlarını saymasaydı, çempion biz idik. Buna görə də çempionluğumuzu qeyd edəcəyik"deyib. “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş isə : " İşimizi ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Belə bir sistemsizliyin içində oyunlarımızı yenə də qazanırıq. Ədalətli və qanuni bir liqa olsaydı, daha çox uğurlu olacaqdıq"
Qeyd edək ki ,Fənərbağça ilə xallarının sayı eyni olan Beşiktaş hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. Rəqiblərini 5 xal qabaqlayan Qalatasaray 79 xalla liderdir.