7 may 2026. Cümə axşamı

Türkiyəli hücumçu 6-8 aylıq sıradan çıxdı


Türkiyəli hücumçu 6-8 aylıq sıradan çıxdı
İspaniyanın “Xetafe” klubunun hücumçusu Enes Ünal uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Corner.az xəbər verir ki, bu barədə futbolçu öz İnstaqram hesabında məlumat paylaşıb.

La Liqanın 36-cı turunda səfərdə “Betis”ə 1:0 hesabıyla qalib gəldikləri matçda ağır zədə alan forvard dizindəki çarpaz bağların qopduğunu bildirib.

26 yaşlı hücumçu əməliyyat olunacaq. Onun 6-8 ay müddətində yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm La Liqada 35 oyuna 14 qol vurub, 3 qolun ötürməsini edib. O, La Liqada bombardirlər sırasında 4-cüdür.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi