17 mart 2026. Çərşənbə axşamı

23-cü dəfə çempion "Qalatasaray"


23-cü dəfə çempion "Qalatasaray"

“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.

Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.

Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.

Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu