Argentinalı forvard Mauro İkardinin çağırışı ilə hərəkətə keçən Ümit Özat daha əvvəl verdiyi sözü yerinə yetirib.
Corner.az xəbər verir ki, "Qalatasaray"ın Spor Toto Super Liqasında çempionluğunun açıqlanması ilə Mauro İkardinin liqadakı 21 qola çatması ilə gözlər Ümit Özata çevirilib.
Məlum olduğu kimi, "Fənərbaxça"nın sabiq kapitanı daha əvvəl verdiyi açıqlamada "Mauro İkardi 20 qol vursun, saçlarımı sarı qırmızıya boyamazsam Allah mənə lənət etsin" demişdi.
Bunun üzərinə iki dəfə MKE Ankaragücü qapısına yol tapan və 21 qola çatan 30 yaşlı ulduz, çempionatın ertəsi günü Ümit Özata, “Ümit, sözünün arxasında bir adam olduğunu və sözünü tutacağına inanıram. Mən və bütün azarkeşlərimiz onu sarı-qırmızı saçlı görməyi gözləyirik” cümlələri ilə xatırlatmışdı.
Ümit Özat bu çağırışda verdiyi sözü tutdu və saçlarını sarı-qırmızı olmasa da qırmızıya boyadı.
Sosial mediada yayılan görüntülərdə bərbərin “Fənərbaxça”nın keçmiş kapitanının saçını spreylə boyadığı görünür.
Özatın saçını boyamasından sonra Mauro İkardinin bu vəziyyətə münasibət bildirəcəyi maraqla gözlənilir.