6 may 2026. Çərşənbə

Mahir mövsümü "Beşiktaş"a qol vurmaqla qapadı


Mahir mövsümü "Beşiktaş"a qol vurmaqla qapadı

Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana çıxıb. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub. Beləliklə, qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 2-ci qolunu vurub. Görüş 3:3 hesabı ilə yekunlaşıb. 


"Beşiktaş" 78 xalla 3-cü, "Konyaspor" 51 xalla 8-ci yerdə çempionatı başa vurub. 

Xatırladaq ki, bu mövsümün qalibi "Qalatasaray" (85 oyun) olub. 

7 iyun

"Beşiktaş" - "Konyaspor" - 3:3 

Qollar: Fernandes, 6 (1:0), Muleka, 41 (2:0), Ulgun, 45+2 (2:1), Emreli, 47 (2:2), Pozuelo, 51 (2:3), Bingöl, 62 (3:3)

Qırmızı vərəqə: Olgun, 66 ("Konyaspor")







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi