6 may 2026. Çərşənbə

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilə bilər


Türkiyə millisinin baş məşqçisi istefaya göndərilə bilər
Türkiyə millisi baş məşqçisi Ştefan Kuntsla yollarını ayıra bilər.

90DEQİQE.AZ xəbər verir ki, 61 yaşlı mütəxəssisin taleyi AVRO-2024-ün seçmə mərhələsində Latviya və Uels ilə oyunlardan asılı olacaq.

Bu iki qarşılaşmadan birində xal itiriləcəyi təqdirdə almaniyalı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisində işləyir. İyunun 16-da Latviyanın qonağı olacaq "ay-ulduzlular" üç gün sonra Uelsi qəbul edəcək. Komanda seçmə mərhələnin I turunda Ermənistanı 2:1 hesabı ilə məğlub edib, növbəti görüşdə Xorvatiyaya uduzub - 0:2. Yığma D qrupunda 3 xalla 3-cü pillədə qərarlaşıb.






Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi