7 dekabr 2023. Cümə axşamı

Musleranın durumu açıqlandı

“Qalatasaray” klubunun kapitanı Fernando Musleranın durumuna aydınlıq gəlib.


Musleranın durumu açıqlandı

“Qalatasaray” klubunun kapitanı Fernando Musleranın durumuna aydınlıq gəlib. 90deqiqe.az xəbər verir ki, Türkirə Super Liqasının XI turunda “Kasımpaşa” ilə oyunda sıradan çıxan 37 yaşlı qapıçı tibbi müayinədən keçib.

Qarşılaşmanın 59-cu dəqiqəsində əvəzlənən uruqvaylı qolkiperin dirsəyində sınıq olduğu ehtimal edilsə də müayinə zamanı buna rast gəlinməyib. Dirsəyindəki çıxıq elə meydançada olarkən həkimlər tərəfindən yerinə salındığı üçün dirsək ətrafı əzələlərdə yırtıq, oynaq kapsulunda qanaxma və bağlarda uzanma meydana gəlib.

Ulduz futbolçunun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.




Türkiyə S.L.

Super Liqa klubları mərhələ adladı
  • Türkiyə S.L.
  • 09:34 06.12.2023
Super Liqa klubları mərhələ adladı
Abdullah Avcı ilk məğlubiyyətini alıb
  • Türkiyə S.L.
  • 12:55 04.12.2023
Abdullah Avcı ilk məğlubiyyətini alıb
Hədəf 250 milyon dollar!
  • Türkiyə S.L.
  • 09:43 04.12.2023
Hədəf 250 milyon dollar!
“Beşiktaş”da yeni prezident
  • Türkiyə S.L.
  • 00:40 04.12.2023
“Beşiktaş”da yeni prezident