4 noyabr 2026. Çərşənbə

Diniyev və Dadaşovun rəqibləri bilindi

Türkiyə Kubokunda IV turun püşkü atılıb.


Diniyev və Dadaşovun rəqibləri bilindi

Türkiyə Kubokunda IV turun püşkü atılıb. 90deqiqe.az xəbər verir ki, qardaş ölkədə çıxış edən azərbaycanlı futbolçuların komandaların rəqibləri bəlli olub.

Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” bu raundda “Çankaya” ilə, Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” isə “Düzcespor”la qarşılaşacaq.

Şahruddin Məhəmmədəliyevin komandası “Adana Demirspor” yarışa növbəti mərhələlərdən qoşulacaq. Bəxtiyar Həsənalızadənin klubu “Tuzlaspor” isə əvvəki mərhələdə mübarizəni dayandırıb.







Türkiyə S.L.